RU

ABŞ Belarusda 235 nəfəri azadlığa buraxdırdı

Donald Trampın xüsusi elçisi Con Koul Minsk tərəfindən 235 siyasi məhbusun azad edilməsindən sonra ABŞ-nin Belarus banklarına və kalium şirkətlərinə qarşı sanksiyaları ləğv etdiyini açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Litvadakı ABŞ səfirliyi azad edilən 235 nəfərdən 15-nin Litvaya göndərildiyini abildirib.

Razılaşmanın bir hissəsi olaraq, Vaşinqton “Belinvestbank”, Belarus İnkişaf Bankı və Belarus Maliyyə Nazirliyinə qarşı məhdudiyyətləri qaldırır. Belarusun “Kalium” şirkəti və “Belaruskaliy”in üzərindən sanksiyalar götürülür.

Kolun sözlərinə görə, razılaşmalar Aleksandr Lukaşenko ilə Minskdə danışıqlarından sonra əldə edilib.

Lukaşenkonun həmçinin ABŞ-yə səfərə hazırlaşdığı bildirilir.

ABŞ-nin azadlığa buraxılmasını istədiyi şəxslərin çoxu keçmiş prezidentliyə namizəd, müxalifət lideri Svetlana Tixanovskayanın tərəfdarlarıdır.

Musavat.com

Избранный
55
musavat.com

1Источники