RU

"Sabah" bizdən güclüdür"

"Sumqayıt" Misli Premyer Liqasının 25-ci turunda səfərdə "Sabah"a 1:3 hesabı ilə uduzub.

Sportinfo.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Sabah"ı təbrik edirəm. Onlar çempionluq uğrunda mübarizə aparan komandadır. Rəqib bizdən güclüdür. Bunu qəbul edirik.

- Müdafiədəki kobud səhvlərin səbəbi nədir?

- Səhv edən oyunçu gəncdir, təcrübəsi yoxdur. Amma yenə də məsuliyyətli davranmaq lazımdır. Xüsusilə də müdafiədə.

Избранный
30
sportinfo.az

1Источники