RU

37 nömrəli avtobusdan ŞİKAYƏT: Gec gəlirlər

ain.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxt sakinləri 37 nömrəli marşrut avtobusunun gec gəlməsindən şikayətçidir.

Avtosfer.az-ın məlumatına görə, bu barədə Oxu.az-a müraciət edən sakinlər qeyd ediblər ki, sözügedən marşrut üzrə yalnız bir avtobus fəaliyyət göstərir.

Sakinlərin sözlərinə görə, əvvəl iki avtobus olub, lakin sonradan say birə endirilib:

"Bu avtobuslar əvvəl bir saat intervalı ilə hərəkət edirdi. Onda xətdə iki avtobus var idi. İndi isə bir avtobusdur və iki-üç saatdan bir gəlir. Yollarda qalmışıq. Fevralın 1-dən bu vəziyyətdədir".

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən daşıyıcıya marşrutun nizamlı və fasiləsiz fəaliyyəti ilə bağlı tapşırıq verilib:

"37 nömrəli marşrut üzrə iki ədəd avtobus 25-30 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Aparılan müşahidələrə və monitorinqlərə əsasən, həmin istiqamətdə sərnişin axını aşağı səviyyədə olduğundan mövcud avtobus sayının və hərəkət cədvəlinin hazırkı mərhələdə tələbatı qarşılayacaq səviyyədə olduğu müəyyən edilib. Bununla yanaşı, daşıyıcıya marşrutun nizamlı və fasiləsiz fəaliyyəti ilə bağlı tapşırıq verilib. Əgər gələcəkdə marşrutun fəaliyyətində nöqsanlar aşkar olunarsa və bu hallar davamlı hal alarsa, xəttinin müvafiq qaydada müsabiqəyə çıxarılması nəzərdə tutulub".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
108
1
avtosfer.az

2Источники