RU

ABŞ Maliyyə Naziri Bessent: İranın dənizdəki neftinə sanksiyaları ləğv edə bilərik



ABŞ-ın Maliyyə Naziri Skott Bessent İranın dənizdəki neftinə qarşı sanksiyaların ləğv edilə biləcəyini açıqladı.Bessent, Fox Business televiziyasında çıxış edərək, Yaxın Şərqdəki münaqişələr səbəbindən təzyiq altında olan neft bazarı ilə bağlı şərh verib.

Bessent tranzitdə olan Rusiya neftinə qarşı sanksiyaları müvəqqəti olaraq ləğv etdiklərini xatırladaraq, "Yaxın günlərdə dənizdə İran neftinə qarşı sanksiyaları da ləğv edə bilərik" deyib.
Bessent bu məbləğin təxminən 140 milyon barel olduğunu qeyd edərək, hesablanmasından asılı olaraq, İranın bazara çıxardığı 10 gündən 2 həftəyə qədər olan tədarükü təmsil etdiyini və bunun normalda hamısının Çinə gedəcəyini qeyd etdi.

"Əsasən, bu kampaniyanı davam etdirdiyimiz üçün, qiymətləri növbəti 10-14 gün ərzində aşağı saxlamaq üçün İran barellərindən iranlıların özlərinə qarşı istifadə edəcəyik", - deyə Maliyyə Naziri Bessent bildirib.

O, əlavə edib ki, onların sərəncamında daha çox vasitə var və ötən həftə tarixdə ən böyük əlaqələndirilmiş strateji neft ehtiyatının (SPR) 400 milyon barelinin buraxılışının təsdiqləndiyini xatırladıb.

Bessent bildirib ki, "ABŞ qiymətləri aşağı saxlamaq üçün birtərəfli qaydada daha bir SPR buraxa bilər".

aia.az
Tərcümə şöbəsi



Избранный
100
aia.az

1Источники