RU

Netanyahu: “İran rejimi çökür” – VİDEO

“Deyə bilərəm ki, biz şərait yaradırıq ki, İran rejimi çöksün, lakin o, sağ da qala bilər, qalmaya da. Əgər rejim yaşamağı bacarsa, əvvəlkindən müqayisəolunmaz dərəcədə zəif olacaq. O, onilliklər boyu qurduğu, ‘ölüm sənayesi’ ilə bağlı olan sənaye sahələrindən və əvvəlki bir çox imkanlarından məhrum edilərək özünün ən həssas nöqtəsində olacaq. Eyni zamanda rejim biləcək ki, əgər yenidən cəhd etsə, ona daha ağır zərbə vurulacaq”.

NOCOMMENT.az xəbər verir ki,  bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

İsrail hökumətinin başçısı regiondakı vəziyyət və strateji layihələrlə bağlı digər mühüm məqamlara da toxunub. Netanyahu qeyd edib ki, Hürmüz boğazından asılılığı azaltmaq üçün alternativ marşrutlara ehtiyac var və neft-qaz kəmərlərinin Ərəbistan yarımadası vasitəsilə İsrail limanlarına çəkilməsi tamamilə real layihədir. O, həmçinin amerikalıların Hürmüz boğazını açacağına və bunun nəticəsində dünya bazarında neftin qiymətinin aşağı düşəcəyinə inandığını vurğulayıb.

Mövcud münaqişəyə toxunan Baş nazir bu müharibənin bir çoxlarının gözlədiyindən daha tez bitəcəyini proqnozlaşdırıb. O, eyni zamanda Amerikanın İsrail üçün vuruşmadığını xüsusi qeyd edib və vaxtilə Rza Pəhləvinin fəaliyyətini müsbət qiymətləndirərək onu “xeyir naminə bir güc” adlandırıb.

Sara,
NOCOMMENT.az

Избранный
128
nocomment.az

1Источники