RU

"Qalatasaray" futbolçusunun zədəsi ilə bağlı kompensasiya tələb edəcək

Bakı. Trend:

"Qalatasaray"ın baş katibi Eray Yazqan bildirib ki, klub NoaLanqın zədəsi ilə bağlı UEFA-dan kompensasiya tələb edəcək.

Trend xəbər verir ki,niderlandlı futbolçu Çempionlar Liqasının 1/8 finalında "Liverpul"ilə cavab oyununda (0:4, ilk oyun – 1:0) barmağının bir hissəsiniitirib və əməliyyat olunub.

26 yaşlı vinger fasilədən sonra oyuna daxil olub və ikincihissədə Anfield stadionunda reklam lövhəsinə çırpılaraq əlindənciddi zədə alıb. Futbolçunun qanaxması olub, o, xərəkdə meydandançıxarılaraq dərhal xəstəxanaya aparılıb.

Yazqan bildirib:
“Matçdan sonra bu məsələ ilə bağlı UEFA nümayəndələrinə şikayətetdik. Onlar araşdırma apardılar və məsələni nəzərdənkeçirəcəklər.

Biz hüquqşünaslarla məsləhətləşirik və UEFA-ya kompensasiyatələbi göndərəcəyik. Əməkhaqqı ilə bağlı zərərlərimizinödənilməsini istəyəcəyik. Əgər tələbimiz qəbul olunmasa, məhkəməyəmüraciət edə bilərik.

Bizim üçün əsas prioritet futbolçuların sağlamlığıdır, pulikinci dərəcəlidir. Eyni zamanda bu məsələdə səhlənkarlıq edənşəxslərin məsuliyyətə cəlb olunmasını da tələb edəcəyik,” – deyə o,HT Spor efirində bildirib.

Избранный
80
3
az.trend.az

4Источники