“Barselona” növbəti mövsüm üçün hücum xətti ilə bağlı planlarını müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi əsas hədəf kimi “Mançester Siti”nin hücumçusu Xulian Alvaresi görür. Klub oyunçunu 100 milyon avrodan aşağı məbləğə, həmçinin bir futbolçunun müqaviləyə daxil ediləcəyi barter razılaşması ilə transfer etməyi planlaşdırır.

Digər tərəfdən, “Barselona” hazırkı hücumçusu Robert Levandovski ilə bağlı da qərarını verib. Klub təcrübəli forvardın müqaviləsini 1 il uzatmağı, lakin maaşını azaltmağı və onu əsas heyətdən çox ehtiyat variant kimi istifadə etməyi düşünür.