RU

İsmayıllıda ağır qəza Ölən və yaralananlar var Foto

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

İsmayıllıda ağır yol qəzası olub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunda, rayonun “Təndirxana” adlanan ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” və “VAZ-21099” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində “VAZ-21099”un sürücüsü, 35 yaşlı Ayaz Mirzəyev aldığı xəsarətlərdən həyatını itirib. Hər iki avtomobildə olan 4 nəfər isə müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.

Hadisə yerinə yol polisi, təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

DİN-nin mətbuat xidmətinin Şəki Regional Qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
112
50
qafqazinfo.az

10Источники