RU

Yaponiya ABŞ enerji sektoruna 73 milyard dollar yatıracaq

ABŞ və Yaponiya Amerika enerji sektoruna 73 milyard dollar investisiya qoymaq barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, bu, Yaponiya baş naziri Sanae Takaiçinin Vaşinqtona səfərinin yekununa dair qəbul olunmuş birgə sənəddə əksini tapıb.

Sənədə əsasən investisiyaların mühüm hissəsi kiçik modul reaktorların və qazla işləyən elektrik stansiyalarının tikintisinə yönələcək.

Razılaşmaya əsasən, GE Vernova Hitachi şirkəti Tennessi və Alabama ştatlarında kiçik modul reaktorlar inşa edəcək.

Layihələrin ümumi dəyəri 40 milyard dollar olacaq.

Bundan əlavə, Tokio və Vaşinqton Pensilvaniyada 17 milyard dollarlıq və Texasda 16 milyard dollarlıq qaz enerjisi istehsalı layihələrini həyata keçirirlər.

Musavat.com

 

Избранный
93
musavat.com

1Источники