RU

Bayram günü ağır QƏZA: Ölən və yaralananlar var – FOTO

İsmayıllıda ağır yol qəzası olub.

NOCOMMENT.az xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunda, rayonun “Təndirxana” adlanan ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” və “VAZ-21099” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində “VAZ-21099″un sürücüsü, 35 yaşlı Ayaz Mirzəyev aldığı xəsarətlərdən həyatını itirib. Hər iki avtomobildə olan 4 nəfər isə müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.

Hadisə yerinə yol polisi, təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

DİN-nin mətbuat xidmətinin Şəki Regional Qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır. /report.az

Избранный
124
50
nocomment.az

10Источники