RU

"Equinor" şirkəti 2025-ci ildə Azərbaycan hökumətinə ödənilən vergi məbləğini açıqlayıb

Bakı. Trend:

Norveçin "Equinor" şirkəti 2025-ci ildə Azərbaycan hökumətinə 2milyon dollar vergi ödəyib.

Trend bu barədə şirkətəistinadən xəbər verir.

Ödəniş Equinor BTC Caspian AS vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, 2023-cü ilin dekabr ayının sonunda AzərbaycanDövlət Neft Şirkəti SOCAR Equinor şirkətinin Azəri-Çıraq-Günəşli(AÇG), Qarabağ yataqlarında və Bakı-Tbilisi-Ceyhan (BTC)layihəsindəki səhmlərini əldə edib.

Satışdan əvvəl Equinor şirkəti AÇG-nin 7,27%-nə, BTC-nin8,71%-nə və Qarabağ yatağının 50%-nə sahib idi. SOCAR əvvəllərAÇG-nin 25%-nə, BTC-nin 25%-nə və Qarabağın 50%-nə sahib idi.

Equinor şirkəti 20-dən çox ölkədə fəaliyyət göstərir və təxminən25.000 nəfəri işlə təmin edir. Onun biznesi neft və qaz kəşfiyyatıvə istehsalı, bərpa olunan enerji və aşağı karbonlu həllər daxilolmaqla geniş sektorları əhatə edir. Equinor şirkəti dünyanın ənböyük dəniz operatorlarından biridir və Avropaya əhəmiyyətli enerjitəchizatçısıdır.

Избранный
132
5
az.trend.az

6Источники