RU

Şəfa qalib gəldi, ən yaxın izləyiciləri xal itirdi

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

Martın 18-də və dünən keçirilən oyunlarla futbol üzrə ölkə çempionatının 1-ci liqasında 19-cu tur geridə qaldı. "Football-plus.az" xəbər verir ki, iki gün ərzində keçirilən matçlarda bir-birindən maraqlı nəticələr qeydə alındı. İlk oyun günündə keçirilən "Baku Sportinq" - "Mingəçevir", "Səbail" - MOİK oyunlarında qaliblər müəyyənləşmədi. Buzovna, Mingəçevir və Bayıl təmsilçilərinin xal itirməsi, təbii ki, "Şəfa"ya sərf etdi. Bununla belə, həmin gün "Şahdağ Qusar"ı məğlub edən komanda liderliyini möhkəmlətdi. Nəticədə Elgiz Kərəmlinin komandası ikihəftəlik fasiləyə xoşbəxt yollandı. Əlbəttə, buzovnalıları da bu baxımdan təbrik etmək olar. Hər halda, komanda 2-ci pillədəki yerini qoruyub-saxlaya bilir. "Dənizçilər"lə "nur şəhəri"nin təmsilçisi isə çempionluqdan xeyli uzaqdadı.Tura dünən keçirilən matçlarda yekun vuruldu. "Doğma divarlar" arasında "Şimal" "Zaqatala", "Difai" "Cəbrayıl" ilə "sülh"ə razılaşdı. Son 4 pillədə qərarlaşan komandaların xallar itirməsi turnir cədvəlində hər birinin yerində saymasıyla nəticələndi. Ancaq "Zaqatala" daha diqqətli olmalıdı. Çünki kollektiv ardıcıl 4 matçdı qalib gələ bilmir. "Şimal"ın isti nəfəsini kürəyində hiss edən "Difai" də növbəti sınaqlara ehtiyatlı yanaşmalıdı. Hər halda, bizi gərgin keçəcəyi gözlənilən aprel, may ayları gözləyir.1. Şəfa 19 13 6 0 43-13 452. Baku Sportinq 19 10 7 2 29-16 373. Səbail 19 9 7 3 26-15 344. Mingəçevir 19 9 6 4 30-17 335. Şahdağ Qusar 19 7 4 8 27-26 256. MOİK 19 6 5 8 22-26 237. Zaqatala 19 6 4 9 19-24 228. Cəbrayıl 19 5 2 12 30-38 179. Difai 19 3 4 12 25-45 1310. Şimal 19 3 3 13 18-49 12Bombardir: Seyxan Fərəcov (MOİK) - 14.Növbəti turun oyunları aprelin 2-3-də keçiriləcək: MOİK - Cəbrayıl, Zaqatala - Difai, Səbail - Baku Sportinq, Şahdağ Qusar - Şimal, Mingəçevir - Şəfa.KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
49
1
icma.az

2Источники