RU

İsrail azərbaycanlıları təbrik etdi

İsrailin Azərbaycandakı səfirliyi Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

Musavat.com xəbər verir ki, diplomatik nümayəndəliyin yaydığı mesajda bu mübarək bayramın insanlara sülh, rifah və bərəkət gətirməsi arzulanıb.

Eyni zamanda, vurğulanıb ki, Ramazan həm də qarşılıqlı anlayışın möhkəmlənməsi, tolerantlıq və humanist dəyərlərin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Səfirliyin bəyanatında qeyd olunub ki, bu müqəddəs günlərin Azərbaycan ilə İsrail arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafına töhfə verəcəyinə ümid edilir.

Şahanə Rəhimli
Musavat.com

Избранный
101
11
musavat.com

10Источники