RU

69 yaşlı Mehmet Ali Erbil boşandı: "Sevgi görmədim"

Türkiyənin tanınmış şoumeni Mehmet Ali Erbil ilə həyat yoldaşı Gülseren Ceylan arasında 7 ay davam edən evlilik rəsmi şəkildə başa çatıb.

Musavat.com xəbər verir ki, cütlük Beykoz məhkəməsinin elə ilk iclasında boşanıb.

Məhkəmə iclasına tərəflər qatılmasa da, boşanma qarşılıqlı razılaşma əsasında rəsmiləşdirilib.

Boşanmadan sonra uzun müddət susmaq qərarı alan Erbil qatıldığı televiziya proqramında diqqətçəkən açıqlamalar verib. O, şəxsi həyatı ilə bağlı yayılan iddialara münasibət bildirərək, evlilikləri dövründə “ikinci bir həyat” yaşamadığını xüsusi vurğulayıb.

Digər tərəfdən, Gülseren Ceylan tərəfindən verilən açıqlamada bildirilib ki, ayrılıq tam qarşılıqlı hörmət çərçivəsində baş tutub və tərəflər arasında hər hansı qalmaqal yaşanmayıb.

Erbil çıxışında uşaqlıq illərinə də toxunaraq ailəsindən yetərincə sevgi görmədiyini, lakin illər ərzində tamaşaçıların ona böyük dəstək verdiyini qeyd edib. Bu etiraf isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Şahanə Rəhimli
Musavat.com

Избранный
147
50
musavat.com

10Источники