RU

Polşa qoşunlarını İraqdan çıxarıb

Bakı. Trend:

Varşava Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq Polşa hərbikontingentini İraqdan çıxarmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə Polşa müdafiə naziriVladislav Kosiniyak-Kamış bildirib.

"Yaxın Şərq bölgəsində vəziyyətin pisləşməsi səbəbindənəməliyyat şəraiti və potensial təhdidlər təhlil edildikdən sonraPolşa hərbi kontingentinin İraqdan köçürülməsi qərarı verilib", -deyə nazir "X" sosial şəbəkəsində yazıb.

Nazir əlavə edib ki, bütün Polşa qoşunları artıq İraqı tərkedib, əksəriyyəti artıq Polşaya qayıdıb, qalanları isəİordaniyadadır. O vurğulayıb ki, Varşava bu addımı NATO iləəlaqələndirərək atıb.

Избранный
137
2
az.trend.az

3Источники