RU

Komandanın bəzi oyunçuları öz məğlubiyyətlərinə pul qoyur?

Yəqin ki, Saşa İliç Azərbaycanda aldığı məğlubiyyətlərin sayını itirib.

Elə bəndəniz də.

O, artıq şübhə eləməsin - «Sumqayıt»dan getməsini istəyirlər. Burada komandanı yerlilərə və legionerlərə ayırmağa qarşıyam: hamı bir nəfər kimi onun əleyhinə birləşib.

«Sabah» səviyyəsinə görə «Sumqayıt»dan xeyli güclüdür. Bunu İliçin dilindən eşitməsək də olar.

Serbiyalı baş məşqçidən eşitməli olduğumuz daha ciddi həqiqətdir - nə edib ki, bu komandanın formasını geyinən oyunçuların ondan zəndeyi-zəhləsi gedir?

Niyə bunu deyirəm, qoy izah edim. «Sabah» ilk iki qolu «Sumqayıt»ın «hədiyyə»sindən sonra vurdu.

Topu ikinci zonada atdılar rəqibə, al, apar, qapımızın torunu silkələ. Hələ bir oxşar epizodda da Simiç Mikelsə pas verməyib, özu «çərçivə»ni nişan alsaydı, Rayan Senhadjicin «əziyyət»i yerdə qalmayacaqdı.

Fransalı müdafiəçi son anda topu almaniyalı hücumçunun ayağından «oğurlamaqla» üzünü İliçin danlağından qurtardı.

Bu qədər, bu boyda səhv olmaz! Baş məşqçi bütün bu xətaların ona görə edilməsinə inanmırsa, klubun rəhbərliyi qarşısında məsələ qaldırmalıdır.

Araşdırsınlar ki, uşaqcasına edilən yanlışlar təsadüfidir, ya yox. Oyunçulardan kimlərsə komandalarının məğlubiyətin pul qoyuluşu edib bəlkə?

MUSA

Избранный
85
sportinfo.az

1Источники