RU

“Bu sualla baş məşqçiyə hörmətsizlik edirsiz” – Jork Kaşkilya

Misli premyer-liqasının 25-ci turunda “İmişli” “Neftçi” önündə darmadağın oldu - 0:6. “İmişli”nim baş məşqçisi Jorj Kaşkilya oyundan sonra media önünə çıxdı.

- Nəticəyə görə azarkeşlərimizdən üzr istəyirəm. Bütün günahı, cavabdehliyi öz üzərimə götürürəm. “Neftçi"ni qələbə münasibətilə təbrik edirəm.

- Azərbaycanda bu gün iki bayramdı. Adətən, baş məşqçilər bununla bağlı jurnalistləri və ictimaiyyəti təbrik edir. İstəyərədim ki, bununla bağlı məlumatlı olasız...

- Başa düşdüm, çox sağ olun. Təbrik edirəm.

- Ötən tur "Sabah" 5, bu gün isə "Neftçi" 6 qol vurdu. Növbəti oyun "Turan Tovuz"a qarşıdı. Yeddi qolluq məğlubiyyətə hazırsız?

- Bu sualla baş məşqçiyə hörmətsizlik edirsiz.

- 2-ci turda "Turan Tovuz"la oyunsonrası mətbuat konfransında demişdiz ki, heyətin keyfiyyətindən əziyyət çəkəcəyik, amma buna hazırıq. Artıq həmin ağır ana daxil olduğunuzu deyə bilərik?

- Əlbəttə, yaxşı dövr keçirmirik. İki oyunda 11 qol buraxmışıq. Bir az gözlənilməz idi. Komandanın psixoloji durumu yaxşı idi. Bu qədər qol buraxacağımızı gözləmirdik. Biz erkən qollar buraxandan sonra komanda köklənə bilmir. "Sabah" və "Neftçi" kimi yüksək səviyyəli komandalar bundan istifadə edir. Buna baxmayaraq, futbolçularım əlindən gələni edir. Fasilə bizə faydalı olacaq ki, komanda belə məğlubiyyətlərdən sonra psixoloji cəhətdən özünə gələ bilsin.

- "Kəpəz" son oyunda qələbə qazandı, "İmişli"yə çatmağa yaxındı. Elitada qala bilməmək təhlükəsi hiss edirsiz?

- Elitada qalacağımıza heç vaxt şübhəm olmayıb. Toparlanacağıq, bərpa olunacağıq və məqsədlərimizə doğru gedəcəyik.

- Mövsümün əvvəlində "İmişli" daha çox yerli futbolçuları oynatmaqla seçilirdi. Amma sonradan daha çox legionerlər oynamağa başladı. Belə düşünmək olar ki, yerliləriniz legionerlərdən daha keyfiyyətlidi?

- Qətiyyən. Bu onunla bağlı deyil. Kimsə bir-birindən güclüdü, deyə bilmərik. Legionerlərimiz və yerlilər arasında zədəlilərimiz var. Vüsal uzun müddətdi sıradan çıxıb. Bu gün Azərlə Tuncay oynadı, Abbas sonradan meydana çıxdı.

MÜZƏFFƏR QULUZADƏ

Избранный
122
6
football-plus.az

3Источники