RU

Ofisdən uzaqlaşanlar ailəyə yaxınlaşır – maraqlı statistika

Müasir iş modellərində baş verən dəyişikliklər ailə planlamasına da təsir göstərir.

Musavat.com xəbər verir ki, ifo İnstitutu və Stanford Universitetinin apardığı araşdırmaya görə, həftədə ən azı bir dəfə evdən işləyən cütlüklər digərləri ilə müqayisədə daha çox uşaq sahibi olur.

Araşdırma nəticələrinə əsasən, bu cütlüklərdə doğum göstəricisi orta hesabla 0,32 uşaq və ya təxminən 14 faiz daha yüksəkdir. ABŞ-da isə bu fərq daha da artır – burada göstərici 0,45 uşaq və ya təxminən 17,5 faiz təşkil edir.

Mütəxəssislər bildirirlər ki, uzaqdan iş rejimi ailə həyatını daha rahat təşkil etməyə imkan yaradır. İşə gedib-gəlmək üçün vaxt itkisi azalır, valideynlər uşaqlara daha çox zaman ayıra bilir və bu da daha geniş ailə planlamasını stimullaşdırır.

Tədqiqat 38 ölkəni əhatə edən geniş məlumat bazasına əsaslanır və alimlər bu nəticəni müasir əmək bazarında baş verən dəyişikliklərin demoqrafik təsirlərindən biri kimi qiymətləndirirlər. Bununla belə, qeyd olunur ki, nəticələr hələ ilkin xarakter daşıyır və gələcək tədqiqatlarla daha da dəqiqləşdirilə bilər.

 

Musavat.com

Избранный
101
26
musavat.com

10Источники