Tehran Tokio ilə müvafiq məsləhətləşmələrdən sonra Yaponiya ilə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsinə icazə verməyə hazırdır.
Redaktor.az-ın məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Kyodo" agentliyinə verdiyi müsahibədə bildirib.
"Biz boğazı bağlamadıq. O, açıqdır", - deyə nazir bildirib.
Agentikdən verilən məlumata əsasən, Əraqçi bildirib ki, Yaponiyaya gedən gəmilərin Hörmüz boğazından keçməsi ilə bağlı Tokio ilə məsləhətləşmələr artıq başlayıb.