"Qarabağ"ın iki futbolçusu - Mateuş Koxalski və Marko Yankoviç milli komandalarına dəvət alıb.

Offsideplus.az xəbər verir ki, Koxalski Polşa yığmasına çağrılıb. Yankoviç isə Monteneqronun heyətinə daxil edilib.

Qeyd edək ki, Polşa milli komandası DÇ-2026-ya qatılmaq üçün Albaniya ilə kvalifikasiya oyunu keçirəcək.

Monteneqro isə iki yoxlama oyununda qüvvəsini sınayacaq. Onlar Andorra və Sloveniya ilə üz-üzə gələcəklər.