RU

Sabaha gözlənilən hava şəraiti açıqlandı

Martın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Избранный
21
29
publika.az

10Источники