RU

Azərbaycanın qaz ixracından əldə etdiyi gəlir azalıb

Bakı. TurkicWorld:

Bu ilin yanvar ayında Azərbaycandan İtaliyaya 312,3 milyon ABŞ dolları dəyərində 801,4 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.

TurkicWorld bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 145,2 milyon dollar və ya 31,7%, həcminə görə isə 89,9 milyon kubmetr və ya 10,1% azalıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Azərbaycandan xaricə ümumilikdə 687,5 milyon ABŞ dolları dəyərində 2,292 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 182,6 milyon ABŞ dolları və ya 21%, həcm baxımından isə 46,9 milyon kubmetr və ya 2% azdır.

Eyni zamanda bu ilin yanvar ayında cəmisi bir ölkədən – İran İslam Respublikasından Azərbaycana 2,9 milyon ABŞ dolları dəyərində 43,5 milyon kubmetr təbii qaz idxal edilib. Ötən ilin eyni dövründə isə yalnız Türkmənistandan Azərbaycana 6,4 milyon ABŞ dolları dəyərində 42,6 milyon kubmetr təbii qaz idxalı qeydə alınıb. Beləliklə, illik müqayisədə Azərbaycana təbii qaz idxalı dəyər ifadəsində 3,5 milyon ABŞ dolları və yaxud 2,2 dəfə azalıb, həcm baxımından isə 894 min kubmetr və ya 2,1% artıb.

Избранный
11
12
turkic.world

10Источники