RU

Ermənistan İstintaq Komitəsi II Qareginə II İliyanın dəfni üçün Tbilisiyə getməyə icazə verməyib

Ermənistan İstintaq Komitəsi bütün ermənilərin katolikosu II Qareginə Tbilisiyə getməyə və bütün Gürcüstanın Patriarxı II İliya ilə vida mərasimində iştirak etməyə icazə verməyib.

"Far.Az" yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə vəkil Ara Zoqrabyan sosial şəbəkədə məlumat verib.

O qeyd edib ki, II Qareginin mərasimdə iştirak etməsi üçün müvəqqəti ölkədən çıxmasına dair vəsatət qaldırıb, lakin rədd cavabı alıb.

Daha əvvəl, martın 19-da Baş nazir Nikol Paşinyan II Qareginin II İliyanın dəfnində iştirakı məsələsinin müzakirə olunmadığını bəyan edib.

Избранный
126
2
far.az

3Источники