RU

İlon Maskdan gözlənilməz təklif: TSA əməkdaşlarının maaşlarını özü ödəmək istəyir

İlon Maskdan gözlənilməz təklif: TSA əməkdaşlarının maaşlarını özü ödəmək istəyir

Amerikalı milyarder İlon Mask, ABŞ Konqresi Daxili Təhlükəsizlik Nazirliyinin (MHB) maliyyələşdirilməsini razılaşdırana qədər, bu qurumun tərkibinə daxil olan Nəqliyyat Təhlükəsizliyi İdarəsinin (TSA) əməkdaşlarının maaşlarını öz vəsaiti hesabına ödəməyi təklif edib.

AFN.az xəbər verir ki, bu barədə iş adamı "X" sosial şəbəkəsində paylaşım edib.

"Ölkə boyu hava limanlarında çox sayda amerikalının həyatına mənfi təsir göstərən bu maliyyə çıxılmazlığı davam etdiyi müddətcə, Nəqliyyat Təhlükəsizliyi İdarəsi əməkdaşlarının maaşlarını ödəməyi təklif etmək istərdim", — deyə Mask bildirib.

Qeyd edək ki, Nəqliyyat Təhlükəsizliyi İdarəsi 2001-ci il 11 sentyabr terror aktlarından sonra yaradılıb və digər vəzifələrlə yanaşı, hava limanlarında təhlükəsizliyin təmin edilməsinə cavabdehdir. Fevralın 14-də Daxili Təhlükəsizlik Nazirliyi maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini qismən dayandırıb. Bu, son aylarda ölkədə baş verən sayca üçüncü "şatdaun" olsa da, bu dəfə yalnız bir federal qurumu əhatə edir.

Избранный
94
afn.az

1Источники