RU

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

style='margin-bottom:10px;'>

"Liverpul"un hücumçusu Hüqo Ekitike İngiltərə Premyer Liqasının "Brayton"la səfər matçının ilk dəqiqələrində zədələnib.

QOL.az xəbər verir ki, fransalı forvard oyunu davam etdirə bilməyib və artıq 8-ci dəqiqədə onu yarımmüdafiəçi Körtis Cons əvəzləyib. 

Yaxın vaxtlarda tibbi müayinədən keçəcək Ekitikenin mart ayında keçiriləcək oyunlar üçün Fransa milli komandasının düşərgəsinə yollana bilməyəcəyi gözlənilir. 

Qeyd edək ki, "Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah da zədə səbəbindən bu gün komandasına kömək edə bilməyib. Sözügedən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Избранный
129
1
teleqraf.com

5Источники