RU

İlk peşəkar müqavilə imzaladı

Luka Reggiani klubu ilə ilk peşəkar müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Dortmund “Borussiya”sının mətbuat xidməti məlumat yayıb. İtaliyalı futbolçu ilə yeni müqavilə uzunmüddətlidi, lakin tam detallar açıqlanmayıb.

Reggiani 2024-cü ilin fevralında “Sassuolo”dan “Borussiya”nın akademiyasına qoşulub. Müdafiəçi 17 yaşadək futbolçulardan ibarət komandada 12, 19 yaşadək futbolçulardan ibarət komandada 32 matç keçirib. 18 yaşlı Luka peşəkar səviyyədə ilk oyununu fevralın 7-də “Borussiya”nın “Volfsburq”u 2:1 hesabı ilə məğlub etdiyi matçda keçirib. Bundan 10 gün sonra isə Çempionlar Liqasında debüt edib.

Избранный
49
2
football-plus.az

3Источники