Luka Reggiani klubu ilə ilk peşəkar müqavilə imzalayıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Dortmund “Borussiya”sının mətbuat xidməti məlumat yayıb. İtaliyalı futbolçu ilə yeni müqavilə uzunmüddətlidi, lakin tam detallar açıqlanmayıb.
Reggiani 2024-cü ilin fevralında “Sassuolo”dan “Borussiya”nın akademiyasına qoşulub. Müdafiəçi 17 yaşadək futbolçulardan ibarət komandada 12, 19 yaşadək futbolçulardan ibarət komandada 32 matç keçirib. 18 yaşlı Luka peşəkar səviyyədə ilk oyununu fevralın 7-də “Borussiya”nın “Volfsburq”u 2:1 hesabı ilə məğlub etdiyi matçda keçirib. Bundan 10 gün sonra isə Çempionlar Liqasında debüt edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта