Bakı. Trend:
Azərbaycan millisinin və ABŞ-nin "Kolambus Kryu" klubununfutbolçusu Nəriman Axundzadə ABŞ futbol liqasında (MLS) debütedib.
Trend xəbər verirki, 21 yaşlı futbolçu müntəzəm mövsümün 5-ci turu çərçivəsində"Toronto"ya qarşı keçirilən oyunun 88-ci dəqiqəsində meydana daxilolub.
Görüş "Toronto"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, qış fasiləsində "Qarabağ" klubundan "KolambusKryu"ya transfer olunan Nəriman Axundzadə MLS təmsilçisi ilə2029-cu ilin yayına qədər müqavilə imzalayıb.