RU

“Terafab çip istehsalı layihəsinin başlanğıcını elan edib” Mask

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Amerikalı sahibkar İlon Mask rəsmi olaraq mikroçip istehsalına yönəlmiş "Terafab" layihəsinin başlandığını elan edib.

"Report"un məlumatına görə, onun çıxışı "Tesla" şirkətinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində yayımlanıb.

"Biz hazırkı təchizatçılarımız – "Samsung", TSMC, "Micron" və bir neçə digər şirkətlə tərəfdaşlığımızı yüksək qiymətləndirir, istərdik ki, istehsal güclərini mümkün qədər tez genişləndirsinlər, onların istehsal etdiyi bütün çipləri əldə edək.

Lakin onların rahat şəkildə miqyaslarını artıra biləcəyi sürətin limiti var və onların həcmi ehtiyaclarımızdan xeyli aşağıdır. Buna görə də iki seçimimiz var: ya "Terafab" qururuq, ya da çipsiz qalacağıq. Bizə çiplər lazımdır, ona görə də "Terafab" quracağıq", - o bildirib.

Mask açıqlayıb ki, "Terafab" onun şirkətlərinin – "Tesla", "xAI" və "SpaceX"in birgə təşəbbüsü olacaq. İstehsal Texas ştatının Ostin şəhərində olacaq.

Sahibkar əlavə edib ki, şirkət iki növ mikroçip istehsal edəcək.

"Birinciləri əsasən Optimus (humanoid robotlar) və avtomobillər üçün nəzərdə tutulub. Həmçinin, kosmik şəraitdə işləmək üçün hazırlanmış yüksək güclü çiplərə ehtiyacımız olacaq", - o izah edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
82
4
azpolitika.info

5Источники