RU

Ağsuda iki ev yandı

Agsuda iki evdə yanğın baş verib. 

NOCOMMENT.az xəbər verir ki, ötən gün axşam saatlarında Ağsu rayonunun Daşdəmirbəyli kəndində, 1959-cu il təvəllüdlü Cəbrayılov Rauf Zeyvər oğluna məxsus fərdi yaşayış evində yanğın olub. Hadisə yerinə FHN əməkdaşları və yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 144 kv/m olan yaşayış evinin çardaq hissəsi tamamilə yanıb.  Bundan başqa, gecə saatlarında Ağsu şəhər N.Tağızadə küçəsində 1961-ci il təvəllüdlü Qasımov Durasan İsmayıl oğluna məxsus fərdi yaşayış evində yanğın baş verib.

Əraziyə yanğınsöndürənlər cəlb olunub. Ümumi sahəsi 100 kv/m olan yaşayış evinin 100 kv/m çardaq hissəsi tamamilə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Избранный
93
9
nocomment.az

10Источники