RU

"Çelsi" darmadağın oldu

İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində "Everton"öz meydanında "Çelşi" komandasını qəbul edib.

Olaylar.az xəbər verir ki, görüş sensasiyalı nəticə ilə yadda qalıb. Liverpul təmsilçisi London klubunu 3:0 hesabı ilə darmadağın edib və vacib qələbə qazanıb. Qarşılaşmada "Çelsi" gözlənilən performansı sərgiləyə bilməyərək rəqibinə ciddi müqavimət göstərə bilməyib.

Bu qalibiyyətdən sonra "Everton" xalını 46-ya yüksəldərək turnir cədvəlində 7-ci pilləyə irəliləyib. "Çelsi" isə 48 xalla 6-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, bu nəticə futbol ictimaiyyətində müzakirələrə səbəb olub və "Çelsi"nin uğursuz çıxışı azarkeşlərin narazılığı ilə qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
70
1
olaylar.az

10Источники