RU

Şəmkirdə güclü yanğın VİDEO KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-nin Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ümumi sahəsi 50 m² olan birmərtəbəli fərdi yaşayış evinin dam örtüyündə baş vermiş yanğın genişlənməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində üçotaqlı fərdi yaşayış evinin dam örtüyü 10 m² sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
162
15
konkret.az

10Источники