RU

Paşinyan Qarabağdan gedən erməniyə qışqırdı: “Ey qaçanlar...” VİDEO

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda gəzərkən yenidən etirazla qarşılanıb.

“Cebheinfo.az” xəbər veirr ki,  ona Qarabağla bağlı sual ünvanlanıb. 

Nikol Paşinyan sualı verən şəxsin Qarabağı könüllü tərk edən ermənilərdən olduğunu öyrənib və ona barmağını silkləyib. 

Erməni mətbuatı yazır ki, Paşinyan hətta metroda qarşılaşdığı bu şəxsə qışqırıb.

"Biz sizin Qarabağda yaşamağınız üçün hər şeyi etdik və 2023-cü ildə insanların Qarabağdan Ermənistana getməsinin qarşısını almaq üçün sərhədləri bağlamaqda məni günahlandıran da siz idiniz. İndi isə buraya gəlib deyirsiniz ki, ah, biz geri qayıtmaq istəyirdik. Biz Ermənistan vətəndaşlarının milyardlarla qazancını xərclədik ki, siz orada qala biləsiniz. Bəs niyə qalmadınız? Bu barədə bu qədər ikrahla danışmayın. Ey qaçanlar, mənim Qarabağı təslim etdiyimi deməyə çalışmayın", - Paşinyan deyib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
99
3
cebheinfo.az

4Источники