RU

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə Türingiya Kuboku başa çatıb.

Azərbaycan Cüdo Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 32-ci dəfə təşkil olunan ənənəvi beynəlxalq turnirdə yeniyetmə qızlardan ibarət Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
 

Yarışda Sunay Salamova (-40 kq) qızıl, Zəhra Quliyeva (-40 kq) gümüş, Pərvin Sevxanlı (-44 kq), Könül Eyvazlı (-48 kq), Məsumə Məmmədli (-70 kq) və Zemfira Əliyeva (+70 kq) bürünc medala layiq görülüb.


Qeyd edək ki, turnirin U-18 yaş kateqoriyasında ümumilikdə 243 cüdoçu mübarizə aparıb.

Bizim.Media

Избранный
74
8
bizim.media

10Источники