RU

61 yaşlı qadın sirkə turşusundan zəhərlənib öldü

Şirvan sakini bədbəxt hadisə nəticəsində vəfat edib.

Azreform.info xəbər verir ki, Şirvan sakini 1965-ci il təvəllüdlü Mənəfova Sevil Mirağa qızı yüksək konsentrasiyalı sirkə turşusu zəhərlənməsi diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq 61 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
75
5
azreform.info

10Источники