RU

Simonyan gileyləndi

Beynəlxalq media qrupu olan "Rossiya Seqodnya"nın və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan növbəti dəfə ailə problemləri ilə bağlı gündəmə gəlib.

Publika.az xəbər verir ki, o, rejissor Tiqran Keosayandan olan övladlarından birinin ağır xəstə olduğunu açıqlayıb. Simonyan "Vesti"yə müsahibəsində şəxsi həyatının təfərrüatlarını bölüşüb.

Simonyan qeyd edib ki, uşağının xəstəliyi əri komaya düşən zaman ​​məlum olub. Erməni əsilli jurnalistin sözlərinə görə, bu səbəbdən o, ərinin xəstəxana otağında qalmayıb.

"Tiqran komaya düşəndə ​​məlum oldu ki, uşaqlarımızdan birində ciddi və dərin xəstəlik var. Bu xəstəliyi müalicə etmək mümkün deyil", - deyə o qeyd edib.

Simonyan onu da vurğulayıb ki, o hələ də bu barədə danışa bilmir, mövzu onun üçün olduqca ağırdır. O, baş verənləri fəlakət adlandırıb. Simonyan uşağının diaqnozunu açıqlamaqdan imtina edib.

Избранный
56
publika.az

1Источники