RU

Türkiyə ordusunun hərbçiləri şəhid oldular

Qətər-Türkiyə Birgə Qüvvələr Komandanlığı çərçivəsində təlim fəaliyyətləri aparan Qətər Silahlı Qüvvələrinə məxsus helikopterin dənizə düşməsi nəticəsində 3 türk əsgəri şəhid olub.

Azreform.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb yayıb.

"Türkiyə Cümhuriyyəti ilə Qətər Dövləti arasında hərbi əməkdaşlıq və koordinasiya fəaliyyətləri mövcud müqavilələr və planlar çərçivəsində fasiləsiz davam edir. Qətər-Türkiyə Birgə Qüvvələr Komandanlığı çərçivəsində təlim fəaliyyətləri aparan Qətər Silahlı Qüvvələrinə məxsus helikopter 21 mart axşamı texniki nasazlıq səbəbindən dənizə düşüb. Dərhal axtarış-xilasetmə əməliyyatı başlanıb və helikopterin qalıqları və şəhidlərimizin cəsədləri tapılıb", Türkiyə MN-in məlumatında deyilir.

Elvin

Azreform.info

Избранный
50
2
azreform.info

3Источники