RU

Kürdəmirdə avtomobil yandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Kürdəmir rayonu, Xırdapay kəndində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Publika.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “MERCEDES” markalı minik avtomobilinin mühərrikində baş vermiş yanğın digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Избранный
49
18
publika.az

10Источники