London İran raketlərinin hədəfə çata biləcəyi ərazidədir.
Far.Az "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb.
Bildirilib ki, Tehranın raketləri Londona çatmaq qabiliyyətinə malikdir .
Məqalədə o da deyilir ki, əgər bu raketlər 180 dərəcə dönsəydi, London İran raketlərinin hədəfində ola bilərdi. Hava məkanı demək olar ki, tamamilə müdafiəsizdir.
Martın 21-də İran Silahlı Qüvvələri Hind okeanında yerləşən Dieqo Qarsiyadakı Britaniya-Amerika bazasına iki ballistik raket atıb .