RU

İstanbulda çökən binaların altından dörd nəfər xilas edilib VİDEO

İstanbul, 22 mart, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində çökən binaların sayı 3-ə çatıb. İlkin məlumata görə beş nəfər dağıntılar altında qalıb, onlardan dördü xilas edilərək xəstəxanaya aparılıb.

AZƏRTAC xəbər verir ki, hadisə şəhərin Fatih rayonunda baş verib.

İstanbul Valiliyindən verilən məlumata görə, hadisənin yerli vaxtla saat 12:00 radələrində binalardan birində təbii qaz səbəbindən baş verən partlayış nəticəsində meydana gəldiyi ehtimal edilir.

Hazırda bölgədəki ətraf binalarda sakinlər təxliyə edilir. Əhali arasında təşviş var, insanlar evlərini tərk edirlər.

Axtarış-xilasetmə işləri davam edir.

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Избранный
123
3
azertag.az

5Источники