RU

Naxçıvanda “Kəklikotu” restoranında YANĞIN

Ajans.az xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ümumi sahəsi 420 kvadratmetr olan restoranın çardaq hissəsində baş vermiş yanğın genişlənməsinə, həmçinin restoranın ərazisinə və bitişik yerləşən yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində restoranın çardaq hissəsi, 20 kvadratmetr sahə yanıb. Restoranın işçi heyəti və müştərilər təxliyə edilib. Xəsarət alan olmayıb.

Restoran və bitişik yerləşən yaşayış binası yanğından mühafizə olunub.

Избранный
38
18
Ajans.az

5Источники