Almaniyada quş qripi səbəbindən toyuq yumurtası tükənib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Telegram” kanalı “Shot” yazıb.
Kanalın məlumatına görə, yumurta qıtlığı Pasxa bayramını təhlükəyə atıb. Böyük şəhərlərdə pərakəndə satıcılar qalan yumurtaların qiymətini adətən 2-3 avrodan 8 avroya qədər üçqat artırıblar.
Qiymət artımı səbəbindən sakinlər yumurta almaq üçün şəhərətrafı ərazilərə gedirlər.
Mütəxəssislər hesab edirlər ki, qıtlıq 2025-ci ilin sentyabr ayından bəri Almaniyada davam edən quş qripi epidemiyasının pisləşməsi ilə əlaqədardır. Yerli hakimiyyət orqanları yumurta tədarükünün bir həftə ərzində sabitləşəcəyini proqnozlaşdırırlar.
Əvvəllər bildirilirdi ki, Avropa bazarı Ukraynadan gətirilən keyfiyyətsiz toyuq yumurtaları ilə dolub.