RU

Moskvadan Bakıya uçan təyyarə niyə geri qayıdıb?

"Aeroflot" aviaşirkəti SU1854 nömrəli Moskva-Bakı reysinin mühərrik nasazlığı səbəbindən "Şeremetyevo" hava limanına qəza enişi etməsi barədə bəzi "Telegram" kanallarında yayılan məlumatları təkzib edib.

Turkustan.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti rəsmi bəyanat yayıb.

Aviaşirkətin açıqlamasında bildirilir ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Əslində, 22 mart tarixində baş tutan uçuş zamanı təyyarə havaya qalxdıqdan qısa müddət sonra quşla toqquşub:

"Bir neçə resursda yayılan mühərrik nasazlığı barədə məlumatlar yanlışdır. Uçuş təhlükəsizliyi qaydalarına uyğun olaraq, SU1854 reysinin göyərtə komandiri təyyarənin quşla toqquşması səbəbindən geri — 'Şeremetyevo' hava limanına qayıtmaq qərarı verib".

Qeyd olunub ki, təyyarənin enişi hər hansı fövqəladə vəziyyət olmadan, tam ştat rejimində icra edilib. İnsident nəticəsində heç bir texniki ciddi fəsad qeydə alınmayıb və sərnişinlərin təhlükəsizliyi təmin olunub.

"Aeroflot"dan verilən məlumata görə, sərnişinlərin vaxt itirməməsi üçün reys qısa müddət ərzində ehtiyat təyyarə ilə yerinə yetiriləcək. Hazırda sərnişinlərin yeni hava gəmisi ilə Bakıya yola salınması üçün hazırlıq işləri görülür./publika.az

Избранный
93
2
turkustan.az

10Источники