RU

İsrail Livanın cənubundakı körpülərin sökülməsini əmr ETDİ

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin müdafiə naziri İsrael Katz İsrail qüvvələrinə terrorizmə qarşı mübarizə səylərinin bir hissəsi olaraq Livanın cənubundakı Litani çayı üzərindəki körpüləri dağıtmaq əmri verilib.

Redaktor.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

"Baş nazir Binyamin Netanyahu və mən İsrail Müdafiə Qüvvələrinə Litani çayı üzərindəki terrorçu fəaliyyəti üçün istifadə edilən bütün körpüləri dərhal məhv etməyi tapşırdıq ki, Hizbullah döyüşçülərinin və silahlarının cənuba köçürülməsinin qarşısını alsınlar", - deyə o bildirib.

Nazir həmçinin qeyd edib ki, Qəzza zolağındakı Beyt Hanun və Rəfah nümunəsini izləyərək, İsrail yaşayış məntəqələrinə qarşı təhlükəni aradan qaldırmaq üçün sərhəd kəndlərində Livan evlərinin dağıdılmasını sürətləndirmək əmri orduya verilib.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
106
1
redaktor.az

2Источники