RU

“Barsa” “Kamp Nou”nu tərk edəcək

Gələn il “Barselona” müvəqqəti olaraq ev stadionunu tərk edə bilər.

Publika.az xəbər verir ki, “Diario Ara”nın məlumatına görə, “Barsa” yeni dam örtüyünün quraşdırılması səbəbindən “Kamp Nou”dan köçəcək. Mənbənin məlumatına görə, quraşdırma işlərinə 2027-ci ilin yayında başlamaq planlaşdırılır. Təmir işləri yeddi aya qədər davam edə bilər.

Xatırladaq ki, “Barselona” ötən ilin noyabr ayında yenidən qurulmuş “Kamp Nou” stadionuna qayıtmışdı. İspaniya çempionatının 28 turundan sonra Hans-Dieter Flikin yetirmələri turnir cədvəlinə 70 xalla başçılıq edir. Kataloniya komandası ikinci yerdə olan “Real Madrid”dən dörd xal qabaqdadır.

Избранный
108
publika.az

1Источники