RU

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

Ajans.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qara istiotun müntəzəm istifadəsi qanda xolesterin və qlükoza səviyyəsinin tənzimlənməsinə kömək edə bilər. Bundan əlavə, o, beyin fəaliyyətini yaxşılaşdırır və yaşlanma prosesini ləngitmək potensialına malikdir. Qara istiotun əsas faydası onun tərkibində olan piperin adlı güclü antioksidantla bağlıdır. Bu maddə orqanizmi sərbəst radikalların zədələyici təsirindən qoruyur, iltihab proseslərinin qarşısını almağa kömək edir və hüceyrələrin daha tez qocalmasının qarşısını ala bilir. Həmçinin piperin ultrabənövşəyi şüaların zərərli təsirinə qarşı da müəyyən qoruyucu rol oynayır. Maraqlıdır ki, piperin başqa bir təbii antioksidant olan kurkuminin təsirini də artırır. Buna görə də mütəxəssislər sarıkök əlavə olunan yeməklərə qara istiot da qatmağı tövsiyə edirlər. Bununla yanaşı, qara istiot güclü iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Orqanizmdə iltihab bəzən virus və bakteriyalara qarşı müdafiə mexanizmi rolunu oynasa da, xroniki hala gəldikdə sağlamlıq üçün ciddi problemə çevrilə bilər. Qara istiotun tərkibindəki aktiv maddələr isə hüceyrələri qoruyaraq bu proseslərin qarşısını almağa kömək edir.
Избранный
96
50
Ajans.az

10Источники