RU

Tehranla Vaşinqtonun F 15 mübahisəsi: İran iddia edir, ABŞ təkzib

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ABŞ-yə məxsus F-15 qırıcı təyyarəsini vurması ilə bağlı iddiaları təkzib edib.

Globalinfo.az xəbər verir ki, bu barədə CENTCOM-un rəsmi “X” hesabında paylaşım edilib.

“İran rejiminin qısa müddət əvvəl İran səmasında ABŞ-yə məxsus F-15 təyyarəsini vurduğu iddiası yanlışdır. ABŞ qüvvələri “Epik qəzəb əməliyyatı” çərçivəsində 8 mindən çox döyüş uçuşu həyata keçirib. İran tərəfindən heç bir ABŞ hərbi təyyarəsi vurulmayıb”, – paylaşımda vurğulanıb.

Xatırladaq ki, İranın dövlət televiziyası Hava Hücumundan Müdafiə Birgə Qərargahına istinadən yaydığı məlumatda bir neçə saat əvvəl ölkənin cənubunda düşmənə məxsus F-15 tipli qırıcı təyyarənin vurulduğunu açıqlayıb.

Məlumata görə, təyyarə yer-hava raket sistemi ilə vurulub və Hörmüz adası yaxınlığında, Fars körfəzində qəzaya uğrayıb. Hadisə ilə bağlı araşdırma başladıldığı bildirilib.

Bundan əvvəl İran martın 19-da ABŞ-a məxsus F-35, bir gün əvvəl isə İsrailə məxsus F-16 təyyarəsini vurduğunu iddia edib. ABŞ tərəfi F-35-in vurulmadığını, sadəcə bölgədəki bazalardan birinə “sərt eniş” etdiyini açıqlayıb. İsrail isə F-16-nın hədəfə alındığını, lakin zərər görmədiyini bildirib.

Aysel Əliyeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
145
22
globalinfo.az

10Источники