RU

Saatlıda qətl hadisəsi törədilib

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

Saatlıda qətl hadisəsi baş verib.

Reyting.az APA-ya istinadla bildirir ki, hadisə rayonun Fətəlikənd kəndində qeydə alınıb.

Fətəlikənd kənd sakini, 1977-ci il təvəllüdlü Söhbətov Rizvan Məmmədağa oğlu mübahisə zəminində 1976-cı il təvəllüdlü Abdullayev Rövşən Sədyar oğluna bıçaqla xəsarət yetirib.

Ürək nahiyəsindən xəsarət alan R. Abdullayev Saatlı rayon mərkəzi xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
106
2
reyting.az

10Источники