ain.az, Oxu.az portalına istinadən məlumat verir.
Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən verir ki, hadisə rayonun Novxanı qəsəbəsi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, yolu keçmək istəyən 1967-ci il təvəllüdlü Ağababa Ağayevi "Opel" markalı minik avtomobili vurub.
Zərbənin təsirindən ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.