RU

Kubada enerji böhranı dərinləşir: Gündəlik elektrik kəsintiləri 10 saatı keçir

BAKI, 23 mart. TELEQRAF

Kubada enerji təminatı ilə bağlı vəziyyət son illərdə ciddi şəkildə pisləşib.

Teleqraf xəbər verir ki, bu barədə xarici mənbələr məlumat yayıb.

Məlumata görə, son iki ildə ölkədə elektrik enerjisi ilə təminatın zəifləməsi əsasən elektrik stansiyalarının köhnəlməsi və yanacaq tədarükündə yaranan problemlərlə bağlıdır. Bu çətinliklərə ABŞ tərəfindən tətbiq olunan və 60 ildən artıqdır davam edən ticarət-iqtisadi embarqo da təsir göstərir.

Bildirilir ki, ABŞ administrasiyasının bu ilin yanvar ayının sonunda Kuba istiqamətində yanacaq tədarükünün tam blokadasına yönəlmiş əlavə tədbirlər görməsindən sonra vəziyyət daha da ağırlaşıb.

Nəticədə ölkədə gündəlik elektrik kəsintilərinin müddəti 10 saatdan çox olur.

Hazırda Kubada enerji böhranının aradan qaldırılması istiqamətində vəziyyətin necə inkişaf edəcəyi qeyri-müəyyən olaraq qalır.

Избранный
122
teleqraf.com

1Источники